"Müəllimlər üçün vahid geyim nəzərdə tutulmur".
APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün brifinqdə deyib.
"Etik kodekslərimizdə müəllimin geyim forması ilə bağlı tövsiyyələrimiz var. Amma vahid geyimlə bağlı plan yoxdur", - nazir bildirib.