AZ

Polşa üç aylıq uçuş məhdudiyyətləri tətbiq edir

Polşa şərq sərhədi boyunca mülki aviasiya üçün üç aylıq uçuş məhdudiyyətləri tətbiq edir. Bu barədə Vətəninfo.az , Polşanın Hava Nəqliyyatı Agentliyinə istinadən məlumat yayıb.

Yeni məhdudiyyətlər xüsusilə Belarus və Ukrayna sərhədlərinə yaxın ərazilərdə mülki təyyarələrə və pilotsuz uçuş aparatlarına (PUA) şamil olunacaq. Hərbi təyyarələr isə bu qadağadan azad olacaq.

Məhdudiyyətlərin tətbiqinə səbəb kimi Polşa hava məkanında bir neçə pilotsuz təyyarənin vurulması ilə nəticələnən hadisə göstərilir. Polşa Silahlı Qüvvələrinin verdiyi məlumata görə, sentyabrın 10-na keçən gecə “Polşa hava məkanının görünməmiş şəkildə pozulması” baş verib.

Polşa Ordusunun Əməliyyat Komandanlığı bildirib:

“Rusiya Federasiyasının bu gün Ukrayna ərazisinə hücumu nəticəsində pilotsuz uçuş aparatları tərəfindən Polşanın hava məkanı görünməmiş şəkildə pozulub. Bu, vətəndaşlarımız üçün real təhlükə yaradan təcavüz aktıdır”.

Baş verənlərlə bağlı Polşanın tələbi ilə BMT Təhlükəsizlik Şurasının iclası çağırılacaq və hadisə müzakirə olunacaq.

Seçilən
12
veteninfo.az

1Mənbələr