AZ

Qarabağ qazisindən QHT-lərin verdiyi medallarla bağlı MÜRACİƏT - "Yığışdırın bu medalları!"

Xəzər TV-nin efirində son zamanlar ölkədə müharibə iştirakçıları olmayan şəxslərə saxta medalların paylaşınlması ilə bağlı süjet yayımlanıb. Qeyd olunub ki, bəzi Qeyri-Hökumət Təşkilatları hətta pul qarşılığında bu medalları insanlara paylayır.

Qaziler.az xəbər verir ki, saxta medallarla bağlı “Qarabağ qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu sosial mediada paylaşım edib. Qarabağ qazisi şərhində bildirib ki, üzvü olduğu “Qarabağ qaziləri” İctimai Birliyi heç bir medal paylamır və bunun əleyhinədir:

“Döyüşçüyə medalı, ordeni dövlət verər! 2016-cı ildən yazırıq, deyirik ki, belə olmaz! Allah Baş qazimiz Etimad Əsədova rəhmət eləsin, o hər zaman "Taxta medallar", "Qaloş dabanından hazırlanan medallar" deyib, etiraz edirdi. Şəxsən özüm də dəfələrlə etiraz etmişəm, yazmışam, efirdən səsləndirmişəm. Hətta bu medalları 30, 40, 50, 60, 70, 80 manata satırlar. Yığışdırın bu medalları! Üzvü olduğum “Qarabağ qaziləri” İctimai Birliyi heç bir medal paylamır və bunun əleyhinədir!”.

Qarabağ qazisi paylaşımının davamında Xəzər TV-nin hazırladığı reportajın videolinkini qeyd edib.

QAZİLER.AZ

Seçilən
13
qaziler.az

1Mənbələr