AZ

“Formula 1”ə görə bəzi məktəblərdə tədris onlayn olacaq

“Formula 1” zamanı bəzi məktəblərdə tədris 1 həftə onlayn formada keçiriləcək.

XəzərNews.az APA-ya istinadla xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.

O bildirib ki, 6 nömrəli məktəb, 132-134 saylı təhsil kompleksi, Elitar gimnaziya və digər mərkəzə yaxın müəssələrdə tədris 1 həftə distant formada təşkil ediləcək:

“Biz bu müəssisələrin siyahısını elan edəcəyik. Bu qərar bütün məktəblərlə bağlı deyil”.

Xəbər 2 dəfə oxunub.
Seçilən
43
11
xezernews.az

10Mənbələr