AZ

Müəllimlərin işə qəbul imtahanının ödənişli olmasının səbəbi açıqlanıb

BAKI, 11 sentyabr. TELEQRAF

Müəllimlərin işə qəbul imtahanının ödənişli olmasının səbəbi açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev brifinqində jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, imtahanın ödənişli olmasının səbəbi MİQ üçün qeydiyyatdan keçən müəllimlərin hamısının imtahana gəlməməsidir, bu da əlavə xərcdir.

"Məsələn, 60 min müəllim imtahan üçün qeydiyyatdan keçir, amma 10 mindən çoxu imtahana gəlmir. Elə müəllimlər var ki, hər il imtahana gəlir, amma imtahandan keçmir. Burada məqsəd pul toplamaq deyil, məsuliyyət yaratmaqdır. İmtahanın ödənişli olması da hər kəsə aid deyil", - nazir əlavə edib.

Seçilən
84
teleqraf.com

1Mənbələr