AZ

MİQ imtahanı buna görə ödənişli ola bilər

Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanının ödənişli olması imtahana gələnlər arasında məsuliyyət yaratmaqdır. Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. 

"İmtahanlarda iştirak üçün təxminən 60 min nəfər müraciət edir, lakin onlardan təxminən 12 mini imtahana qatılmır. Bu isə əlavə təşkilati və maliyyə xərclərinə səbəb olur. İmtahan keçirmək heç də ucuz proses deyil,” – nazir vurğulayıb.

Emin Əmrullayev əlavə edib ki, ilk dəfə imtahanda iştirak edən şəxslər və şəhid ailələrinin üzvləri üçün MİQ imtahanı ödənişsiz olacaq.

“Biz bu yanaşma ilə daha çox məsuliyyət yaratmaq və resursların daha səmərəli istifadəsini təmin etmək istəyirik,” – nazir qeyd edib.

Gülnar Nazimqızı

Seçilən
16
anews.az

1Mənbələr