AZ

Təbii sağlamlıq və ruhun dincəlməsi üçün möcüzəvi içki

Yasəmin çayı – sadəcə içki deyil, həm də qədim zamanlardan bəri insanlara rahatlıq, təravət və sağlamlıq bəxş edən təbii bir möcüzədir. Onun xoş ətri və zərif dadı ilə tanış olan hər kəs dərhal onun sehrinə düşür.

Bakuinfo xəbər verir ki, yasəmin çayı əsasən yaşıl və ağ çayların baza rolunu oynadığı bir içkidir. Amma ona yasəmin çiçəklərinin ətri əlavə ediləndə, ortaya həm bədənə, həm də ruha təsir edən unikal bir içki çıxır. Antioksidantlarla zəngin olan bu çay sərbəst radikalların yaratdığı zərərləri azaldır, hüceyrələrin gəncliyini qoruyur və immuniteti gücləndirir.

Maraqlı bir fakt isə budur ki, yasəmin çiçəklərinin ətiri sinir sistemini sakitləşdirərək, stressi azaldır və bədənə dərin rahatlıq verir. Elmi araşdırmalar göstərir ki, yasəmin ətri beyin fəaliyyətini stimullaşdırır, diqqəti artırır və yuxunun keyfiyyətini yüksəldir. Hətta bəzi ölkələrdə yasəmin ətiri olan otaqlarda iş məhsuldarlığının yüksəldiyi müşahidə olunub!

Yasəmin çayını səhər saatlarında acqarına və yeməkdən sonra içmək ən faydalıdır. Onun ideal dəmlənmə temperaturu 70-80 dərəcə arasındadır və 2-3 dəqiqə ərzində dəmlənməsi tövsiyə olunur. Uzun müddət dəmlənən çay acılaşaraq əsl zövqü itirə bilər.

Yasəmin çayı yalnız bədəni canlandırmır, həm də ruha təsir edən, sakitlik və harmoniya bəxş edən təbii bir terapiyadır. Gündəlik həyatın səs-küyü arasında bir fincan yasəmin çayı sənin ən yaxşı dostun ola bilər!

Seçilən
27
11
bakuinfo.net

10Mənbələr