AZ

Güclü külək təhlükəsi: Yol polisindən sürücülərə və piyadalara XƏBƏRDARLIQ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) güclü külək səbəbindən sürücülərə və piyadalara xəbərdarlıq edib.
Oxu.Az xəbərdarlığı təqdim edir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, 11-12 sentyabr tarixlərində ölkə ərazisində güclü küləkli hava şəraiti gözlənilir. Bu isə yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün əlavə risklər yaradır. Belə hava şəraitində nəqliyyat vasitələrinin idarə olunması çətinləşir, sükan üzərində nəzarət zəifləyir ki, bu da qəfil və arzuolunmaz yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər.
BDYPİ hərəkət iştirakçılarına müraciət edərək təhlükəsizlik baxımından aşağıdakı məqamlara diqqət yetirməyi tövsiyə edir:
Güclü külək müşahidə olunan ərazilərdə sürət həddini azaltmaq və hərəkəti hava şəraitinə uyğun qurmaq;
Digər nəqliyyat vasitələri ilə təhlükəsiz ara məsafəsini qorumaq;
Qoşqulu, tentli və iriqabaritli yük avtomobillərində daşınan yüklərin etibarlı qablaşdırılmasına xüsusi diqqət yetirmək;
Açıq magistrallarda, körpülərdə və dağlıq ərazilərdə daha diqqətli olmaq;
Ötmə əməliyyatı zamanı küləyin axınını nəzərə almaq;
Küləyin təsiri altında hərəkət edərkən aşma riski olan obyektlərin kənarında diqqətli olmaq, avtomobili park edərkən isə onların altında saxlamamaq.
Eyni zamanda, piyadaların da keçidlərdən istifadə edərkən diqqətli olmaları, yaxınlaşan nəqliyyat vasitələrinin sürətini müşahidə etmələri, açıq meydanlarda və geniş yollarda hərəkət zamanı daha ehtiyatlı davranmaları vacibdir.
BDYPİ bir daha bütün yol hərəkəti iştirakçılarını qaydalara məsuliyyətlə yanaşmağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırır".
Seçilən
30
50
oxu.az

10Mənbələr