“Sertifikatlaşdırmadan uğursuz nəticə əldə edən müəllimləri bir çox meyarlar üzrə qiymətləndiririk. Məsələn, tək ailə başçısıdır, himayəsində olan şəxslər və sair. Buna uyğun olaraq kateqoriyalaşdırılır və müvafiq işlərlə təmin edilir. Belə müəllimlərin əksəriyyəti bizdə artıq işlə təmin olunub”.Metbuat.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən brifinqdə deyib. Nazir bildirib ki, balı aşağı olan müəllimlərə onsuz da çox dərs saatı verilmirdi: “Müəllim o demək deyil ki, 4 dəfə dərsə girsin-çıxsın və ona müəllim deyilsin. Bizim əsas fokusumuz şagirdlərdir ki, onlar öyrənə bilir, yoxsa yox. Kimsə işləsin və uşaq öyrənməsin, bu düzgün deyil. Məktəb uşaqları ilk növbədə öyrədən yerdir, daha sonra kimisə işlə təmin edən yerdir. Müəllimin maaşı verilirsə, uşağın öyrənməsini tələb etməliyik. Müəllim əgər öz fənnini bilib-bilməməsi məsələ deyil, uşağı öyrədə bilməsi və ya bilməməsi ilə bağlıdır”.Sevinc İbrahimzadə / Metbuat.az