AZ

Venesuela millisinin baş məşqçisi Fernando Batista istefaya göndərilib

Venesuela Futbol Federasiyası milli komandanın baş məşqçisi Fernando Batistanın vəzifəsindən azad edilməsi barədə rəsmi açıqlama yayıb.

90deqiqe.Az-ın məlumatına görə, qərarın əsas səbəbi kimi komandanın nəticələrinin qənaətbəxş olmaması göstərilib. 2026-cı il Dünya Çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsində 18 xalla 8-ci yeri tutan Venesuela millisi final mərhələsinə vəsiqə qazana bilməyib.

55 yaşlı argentinalı mütəxəssis Fernando Batista 2023-cü ilin martından bəri komandaya rəhbərlik edirdi. Onun dönəmində Venesuela millisi 28 oyuna çıxaraq 9 qələbə qazanıb, 8 matçda heç-heçə edib və 11 dəfə məğlub olub.

Federasiya yaxın zamanda yeni baş məşqçinin təyinatı ilə bağlı qərarını açıqlayacaq.

Seçilən
23
90deqiqe.az

1Mənbələr