Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin hansı ərazilərdə keçirildiyi məlum olub.
APA xəbər verir ki, Ermənistanın mediası Baş naziri Mqer Qriqoryanın ofisinə istinadən məlumat yayıb ki, sentyabrın 5-də Ermənistan və Azərbaycan nümayəndə heyətlərinin qarşılıqlı səfərləri sərhəd bölgələrində keçirilib.
Ermənistan tərəfinin səfərləri Syünik (Zəngəzur) bölgəsinin cənub hissəsində, Azərbaycan tərəfinin səfərləri isə Zəngilan rayonunun cənubunda həyata keçirilib.