AZ

Şahin Mustafayev və Qriqoryanın qarşılıqlı səfərlərinin hansı ərazilərdə keçirildiyi bilinib

Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin hansı ərazilərdə keçirildiyi məlum olub.

APA xəbər verir ki, Ermənistanın mediası Baş naziri Mqer Qriqoryanın ofisinə istinadən məlumat yayıb ki, sentyabrın 5-də Ermənistan və Azərbaycan nümayəndə heyətlərinin qarşılıqlı səfərləri sərhəd bölgələrində keçirilib.

Ermənistan tərəfinin səfərləri Syünik (Zəngəzur) bölgəsinin cənub hissəsində, Azərbaycan tərəfinin səfərləri isə Zəngilan rayonunun cənubunda həyata keçirilib.

Seçilən
27
7
apa.az

10Mənbələr