AZ

Qubada qanunsuz kömür quyusu aşkarlandı

BAKI, 11 sentyabr. TELEQRAF

Quba Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə birgə keçirilən növbəti nəzarət tədbirləri zamanı qanunsuz yolla istismar edilən kömür quyusu aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Teleqraf-a bildirilib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxsin rayon sakiniFətəli Güləliyev olduğu müəyyən edilib.

F.Güləliyev məsuliyyətə cəlb edilib və aşkar olunan kömür quyusu ləğv olunub.

Seçilən
1
2
teleqraf.com

3Mənbələr