AZ

Sarkisyan Paşinyanı devirə biləcəkmi? (ŞƏRH)

Qaynarinfo saytına istinadən ain.az xəbər verir.

"Ermənistan müxalifəti xalqa nəyi təklif etmək lazım olduğunu özləri də bilmir. Köhnə hakimiyyətin Ermənistanda iqtidara qayıtmasının perspektivi yoxdur".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Mehman Əliyev Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın Nikol Paşinyan hakimiyyətini devirmək üçün Nepal və Fransa variantlarının olduğu barədə səsləndirdiyi fikrini şərh edərkən deyib.  

"Koçaryan və Sarkisyanın prezidentliyi zamanı aparılan siyasət erməni xalqında böyük narazılıq və qəzəb yaradıb. Ona görə də Serj Sarkisyan hakimiyyətdən  getməli oldu. Koçaryan və Sarkisyanın  prezidentliyi dövründə Ermənistan olduqca ağır vəziyyətə düşmüşdü", deyə ekspert bildirib. 

Həmsöhbətimiz qeyd edib ki, Ermənistanın keçmiş hakimiyyəti hazırkı dövrdə yeni bir proqramla çıxış etmək düşüncəsinə malik deyil: 

"Keçmişə də qayıda bilmirlər. Ona görə də bu tip sualları ortaya atmaqla siyasi mübarizədə hansı yolla getməklə bağlı müzakirələrə başlamaq məqsədi güdürlər. Əslində, "Qarabağ klanı” hansı yolu getsə də bütün yollar onlar üçün bağlıdır. Hansı yolu getsələr də, bu həmin qüvvələrə yaxşı heç nə vəd etmir. Köhnə hakimiyyətin perspektivdə Ermənistanda yenidən hakimiyyətə qayıtması ehtimalına inanmıram. Çox şey yaxın 6-8 ayda Paşinyanın hansı addımlar atacağından asılı olacaq".

Qeyd edək ki, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan Paşinyan hökumətini devirməyin iki variantının olduğu barədə açıqlama ilə çıxış edib. O  bildirib ki, buna nail olmağın ən düzgün və optimal yolu hökumətə və baş nazirə etimadsızlıq bildirmək, yəni impiçment elan etməkdir:

"Dünən dünyada iki böyük hadisə baş verdi - Nepalda və Fransada. Xalqın  etimadını qazanmayan kabineti vəzifədən uzaqlaşdırmağın və ya impiçment etməyin iki yolu var. Onlardan biri "Nepal variantı”dır-zorakılıq və qətl yolu ilə, digəri isə fransız variantıdır-parlament vasitəsilə. Xalqımıza nə təklif etməliyik?".

Rüfət Sultan

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
qaynarinfo.az

1Mənbələr