AZ

Polşa BMT Təhlükəsizlik Şurasını çağıracaq

Polşanın xahişi ilə BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası çağırılacaq.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Polşanın tələbindən sonra Polşanın hava məkanının pozulması ilə bağlı BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası çağırılacaq”, - nazirliyin X səhifəsində bildirilib.

Diplomatlar həmçinin Rusiyanın Polşanın hava məkanını pozduğunu iddia ediblər. Görüşün tarixi dəqiqləşdirilməyib, lakin diplomatik mənbə daha əvvəl TASS-a bildirib ki, bu, cümə günü, sentyabrın 12-də baş tuta bilər.

Seçilən
6
1
operativmm.az

2Mənbələr