Polşanın xahişi ilə BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası çağırılacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Polşanın tələbindən sonra Polşanın hava məkanının pozulması ilə bağlı BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası çağırılacaq”, - nazirliyin X səhifəsində bildirilib.
Diplomatlar həmçinin Rusiyanın Polşanın hava məkanını pozduğunu iddia ediblər. Görüşün tarixi dəqiqləşdirilməyib, lakin diplomatik mənbə daha əvvəl TASS-a bildirib ki, bu, cümə günü, sentyabrın 12-də baş tuta bilər.