Ankara, 11 sentyabr, AZƏRTAC
Türkiyə Ticarət Nazirliyi alma və limonu yalnız dövlət qurumlarının icazəsi ilə ixrac edilə bilən kənd təsərrüfatı məhsulları siyahısına daxil edib.
AZƏRTAC xəbər verir ki, müvafiq qərar hökumətin rəsmi qəzeti olan “Resmi Gazete”də dərc olunub.
Ticarət Nazirliyi bu addımını daxili bazarda sabitliyin təmin edilməsi və ərzaq təhlükəsizliyinin qorunması istəyi ilə izah edib.
Nazirlik əvvəllər günəbaxan yağı, pomidor, toyuq və yumurta kimi məhsullarla bağlı da analoji qərarların verildiyini xatırladaraq vurğulayıb ki, daxili bazarda kənd təsərrüfatı məhsullarının qiymətlərində manipulyasiya yolverilməzdir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara