AZ

Xəzər və Nəsimi rayonlarında oğurluq edənlər saxlanılıb

Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki evlərin birindən oğurluq olub. Zərərçəkən şəxs polisə müraciət edərək evindən 9000 dollar dəyərində qızıl-zinət əşyalarının talandığını bildirib. 

Məlumatı DİN mətbuat xidməti verib. 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı S.Cəfərov müəyyən olunaraq saxlanılıb. 

Bundan əlavə, Zirə qəsəbəsində marketlərin birindən 8000 manat oğurlamaqda şübhəli bilinən 22 yaşlı S.Məmmədov da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. 

Nəsimi rayonunda isə evdən 1750 manat oğurlanması barədə polisə məlumat daxil olub. Bu əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 44 yaşlı R.Mahmudov müəyyən edilərək saxlanılıb.

Rayon ərazisində paytaxt sakinə məxsus çantadan isə pul, bank kartı və sənəd talamaqda şübhəli bilinən yeniyetmə də polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. 

Faktlarla bağlı araşdırma aparılır.

P.Əmircanov
XQ

Seçilən
32
8
xalqqazeti.az

10Mənbələr