AZ

Daha bir klub Şamaxıya köçür

Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

1-ci Liqa təmsilçisi "Cəbrayıl"ın ev oyunlarını Lökbatanda keçirmək istəyi düyünə düşüb. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, istəyinə rədd cavabı alan bölgə təmsilçisi alternativ variant axtarmağa başlayıb. 

Paytaxtdakı stadionların əksəriyyəti "yüklü" olduğu üçün "Cəbrayıl" Şamaxıya köçməyi planlaşdırır. Komanda böyük ehtimalla, ev oyunlarını Şamaxı stadionunda keçirəcək. Baxmayaraq ki, Premyer Liqa klublarından bir neçəsi orada məskunlaşıb. Ancaq 1-ci Liqa oyunlarının əsasən həftəiçinə təsadüf etməsi variantın mümkünlüyünə yol açır. 

Qeyd edək ki, bir müddət əvvəl komandanın baş məşqçisi Bəxtiyar Soltanov saytımıza açıqlamasında ev oyunlarını Lökbatanda keçirəcəklərini bildirmişdi. Sözügedən komanda ötən mövsüm "ASCO Arena"ya sığınmışdı. 

Xatırladaq ki, "Cəbrayıl" ötən mövsüm 1-ci Liqanı 7-ci yerdə başa vurub. Bölgə təmsilçisi bu gün start götürəcək yeni mövsümün ilk turunda səfərdə "Zaqatala" ilə qarşılaşacaq. 

Mirağa

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
1
fanat.az

2Mənbələr