Yerli bazar üçün bir ilk – Starbucks və Mastercard ortaq “Starbucks® x Mastercard Digital Pass” brendini istifadəyə vermək üçün əməkdaşlığa başlayaraq Azərbaycanın hər yerində qəhvə həvəskarları üçün Rahat və faydalı yeni təcrübə təqdim ediblər. “Alshaya Group” ilə əməkdaşlıq çərçivəsində hazırlanmış bu tam rəqəmsal həll müştərilərin sevimli qəhvə brendi ilə smartfondan birbaşa bağlantısını yenidən müəyyən edir.
Məxsusi olaraq Mastercard kart sahibləri üçün rəqəmsal sadiqlik
“Starbucks® x Mastercard Digital Pass” müştərilərə Mastercard ödəniş sistemindən istifadə etməklə hər bir münasib alış zamanı mükafatları problemsiz şəkildə toplamaq və əldə etmək imkanı verir. Proqram mükafatları birbaşa rəqəmsal ödəniş təcrübəsinə inteqrasiya etməklə Mastercard kart sahiblərinə əlavə dəyər gətirmək üçün nəzərdə tutulub – gündəlik qəhvə fasilələri indi daha faydalı və rahat olacaq.
Müştərilər artıq fiziki sadiqlik kartlarına və ya əlavə proqramlara ehtiyac olmadan öz mükafatlarını tək platforma vasitəsilə əldə edə bilərlər – təcrübəni sadələşdirir və təkrar ziyarətləri həvəsləndirir.
Müştərilər artıq fiziki sadiqlik kartlarına və ya əlavə proqramlara ehtiyac olmadan öz mükafatlarını tək platforma vasitəsilə əldə edə bilərlər ki, bu da təcrübəni sadələşdirir və təkrar ziyarətlərə həvəsləndirir.
Müştəriləri cəlb etməyin daha ağıllı, daha yaşıl yolu
Bu təşəbbüs təkcə rahatlığı artırmır, həm də Starbucks-ın Azərbaycanda fiziki sadiqlik kartlarından uzaqlaşmasını dəstəkləyir. “Apple Pay” və “Google Pay” sistemlərini dəstəkləyən rəqəmsal ödənişləri ön planda tutan bu tərəfdaşlıq müştəri loyallığını artırmaq üçün daha rahat, daha dayanıqlı bir yol təqdim edir.
Mastercard-ın Azərbaycan üzrə meneceri Emil Zeylanov: “Bu əməkdaşlıq gündəlik alış-verişlər üçün daha intuitiv, tam rəqəmsal təcrübələr yaratmaq vizyonumuzu əks etdirir. Starbucks ilə birlikdə biz azərbaycanlı istehlakçılara daha ağıllı dəyər təqdim edirik – hər dəfə bir fincan qəhvə”.
Starbucks Eurasia şirkətinin vitse-prezidenti Figen İlqaz: “Starbucks-da biz daim yeniliklər və birbaşa əlaqə vasitəsilə müştəri təcrübəsini yüksəltməyin yeni yollarını araşdırırıq. Mastercard ilə bu əməkdaşlıq rəqəmsal səyahətimizdə irəliyə doğru atılmış maraqlı addımdır və Azərbaycandakı qonaqlarımıza qəhvə anlarından həzz almaq üçün daha rahat, fərdiləşdirilmiş və faydalı üsul təklif edir”.
Rahat rəqəmsal təcrübələrlə gündəlik rutinləri zənginləşdirin
Bugünkü istehlakçılar gündəlik işlərində getdikcə daha çox rahatlıq, sürət və fərdiləşdirmə axtarırlar. “Starbucks® x Mastercard Digital Pass” ilə qəhvə almaq kimi sadə vərdiş daha rəvan və daha faydalı təcrübəyə çevrilir – rəqəmsal bağlantılı həyat tərzinin ehtiyacları ilə tam uyğunlaşır.
Bu yenilikçi həll mükafatları birbaşa ödəniş təcrübəsinə inteqrasiya etməklə ənənəvi loyallıq proqramlarının köhnəliyini aradan qaldırır. Əlavə kartlar və ya ayrı-ayrı proqramlar yoxdur – ödəniş üçün istifadə edilən eyni cihazdan birbşa fadyalara aparan sürətli, təhlükəsiz və intuitiv üsul var.
Sadiqliyi gündəlik anlara daxil etməklə, Mastercard və Starbucks müştərilərə daha çox dəyər verir, eyni zamanda onların yaşamaq, ödəmək və əlaqə qurmaq yolları ilə bağlı daha ağıllı, daha faydalı seçimləri dəstəkləyir.
“Alshaya Group” haqqında
Dünyanın aparıcı françayzinq operatorlarından biri olan Küveyt şirkəti “Alshaya Group” aparıcı beynəlxalq brendlər üçün pərakəndə satış əməliyyatlarını həyata keçirmək üçün 2003-cü ildə Türkiyə bazarında fəaliyyətə başlayıb. Bu gün qrup Türkiyədə moda, qida, sağlamlıq və gözəllik kimi seqmentlərdə françayzinq əməliyyatlarını idarə edən dünya miqyasında tanınan brendlərlə təmsil olunur. “Alshaya Group”un Türkiyədəki françayzinq portfelinə “Bath and Body Works”, “Pinkberry”, “Shake Shack”, “Starbucks”, “The Body Shop” və “Victoria’s Secret” kimi brendlər daxildir.
Mastercard haqqında
Mastercard dünya üzrə 200-dən çox ölkə və ərazidə iqtisadiyyatları və insanları dəstəkləyir. Müştərilərimizlə birgə hər kəsin inkiaf edə biləcəyi dayanıqlı iqtisadiyyat qururuq. Biz geniş çeşiddə rəqəmsal ödəniş seçimlərini dəstəkləyir, əməliyyatları təhlükəsiz, sadə, ağıllı və əlçatan edirik. Texnologiyamız və yeniliklərimiz, tərəfdaşlıqlarımız və şəbəkələrimiz birləşərək insanlara, müəssisələrə və hökumətlərə ən böyük potensiallarını reallaşdırmağa kömək edən unikal məhsul və xidmətlər dəsti təqdim edir.
www.mastercard.com