AZ

"Caspian Equipment Company" ilk 6 ayı xalis mənfəət ilə bağlayıb

Avtomobillər üçün ehtiyat hissələrinin, mühərrik yağlarının, sürtgü və soyutma məhsullarının topdan satışı ilə məşğul olan "Caspian Equipment Company" ASC 2025-ci ilin ilk 6 ayını (yanvar-iyun) 337 min manat xalis mənfəət ilə başa vurub. Şirkət tam 2024-cü ili 1 milyon 87 min manat xalis mənfəət ilə bağlamışdı. 

Marja.az xəbər verir ki, 2025-ci ilin 1-ci yarısında "Caspian Equipment Company"nin əsas əməliyyat gəlirləri (satış) 7 milyon 368 min manat təşkil edib. 2024-cü ildə Şirkətin satışının cəmi mələği 16 milyon 897 min manat olmuşdu.

Qeyd edək ki, "Caspian Equipment Company" ASC-nin nizamnamə kapitalının 100 faizi Rüstəmov Eldəniz Sabir oğluna məxsusdur. 30 iyun 2024-cü il tarixində Şirkətin 54 nəfər işçisi olub. 

CaspianEquipmentCompanyAvtomobilEhtiyatHissələriMühərrikYağıSürtgüSoyutmaMəhsullarıSatışXalisMənfəət20251ciYarı2024ƏməliyyatGəlirləriSatışGəliriNizamnaməKapitalıRüstəmovEldənizSabirOğluŞirkətMəlumatları
Seçilən
9
1
marja.az

2Mənbələr