AZ

Qubada 2-ci Qazaxıstan-Azərbaycan Turizm Forumu keçirilib (FOTO)

Bakı. Trend:

7-9 sentyabr tarixlərində Azərbaycanın Quba şəhərində İkinciQazaxıstan-Azərbaycan Turizm Forumu keçirilib.

Bu barədə Trend-əQazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Üçgünlük tədbirdə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel,Milli Məclisin Quba şəhərindən olan deputatı Əlibaba Məhərrəmzadə,Azərbaycanın Dövlət Turizm Agentliyinin nümayəndələri, ictimaixadimlər və iki ölkənin 56 turizm şirkətinin nümayəndələri iştirakediblər.

Səfir Alim Bayel açılış nitqində iki qardaş ölkə arasında turizmaxınının artmasından məmnunluq ifadə edib. Diplomat qeyd edib ki,Azərbaycana Mərkəzi Asiyadan gələn bütün turistlərin təxminən 50%-iQazaxıstana aiddir. Qazaxıstan Azərbaycana gələn turistlərin sayınagörə Rusiya, Türkiyə, Hindistan, İran və Gürcüstandan sonra 6-cıyerdədir. Azərbaycan qazaxıstanlılar üçün Bakı şəhərinin gözəlliyi,mənzərəli təbiəti, mədəni və dil yaxınlığı, həmçinin müntəzəmbirbaşa hava əlaqələrinin mövcudluğu ilə maraqlıdır.

A. Bayel həmçinin Qazaxıstanda Alakol gölünün sahilindəQazaxıstan-Azərbaycan investisiyaları ilə sanator-kurortkompleksinin tikintisinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.Müasir kompleksin inşası iki ölkə arasında turizm sahəsindəəməkdaşlığın əlamətdar hadisəsi olacaq.

Deputat A. Məhərrəmzadə isə turist axınının yalnız QazaxıstandanAzərbaycana deyil, əks istiqamətdə də artırılmasının vacibliyiniqeyd edib. Parlament üzvü əmindir ki, turizm sahəsi iki xalqıyaxınlaşdırmaq, bir-birinin mədəniyyəti və adət-ənənələriniöyrənmək baxımından mühüm rol oynayır. Azərbaycanın Dövlət TurizmAgentliyinin, Qazaxıstan və Azərbaycanın turizm şirkətlərinin,eləcə də “Air Astana” hava yollarının nümayəndələri özxidmətlərini, turizm paketlərini, iki ölkənin təbii gözəlliklərinivə görməli yerlərini təqdim ediblər.

Tədbir çərçivəsində B2B görüşlər və tanışlıq səfərlərikeçirilib, qazaxıstanlı qonaqlara Quba bölgəsinin turizm potensialınümayiş etdirilib.

Qeyd edək ki, Birinci Turizm Forumu 2024-cü ildə BakıdakıQazaxıstan səfirliyində keçirilib və hər iki ölkənin turizm sektorunümayəndələri tərəfindən böyük maraqla qarşılanıb. İki ölkəarasında turist axını il ərzində əhəmiyyətli dərəcədə artıb. Beləki, Azərbaycanın Dövlət Turizm Agentliyinin yanvar-iyul 2025statistik məlumatlarına görə, Azərbaycanı təxminən 59 minqazaxıstanlı turist ziyarət edib ki, bu da ötən ilin eyni dövrü iləmüqayisədə 58% çoxdur. Eyni dövrdə Azərbaycandan Qazaxıstana səfəredənlərin sayı isə 48% artıb.

Qubada
Qubada
Qubada
Məqalədə:
Seçilən
25
az.trend.az

1Mənbələr