AZ

Trampın dostunu KİM ÖLDÜRDÜ?

ABŞ-ın tanınmış mühafizəkar siyasətçisi, Turning Point USA təşkilatının qurucusu və sabiq prezident Donald Trampın yaxın dostu Charlie Kirk suiqast nəticəsində həyatını itirib. Hadisə Utah Universitetində keçirilən “America Comeback Tour” adlı panel zamanı baş verib.

News365.az xəbər verir ki, paneldə çıxış edən Kirk birdən-birə atəş səsi ilə yerə yıxılıb. Güllə onun geyindiyi qoruyucu jiletə toxunsa da, boğazına dəymiş və əsas damarını parçalamışdı. Təhlükəsizlik əməkdaşlarının müdaxiləsinə baxmayaraq, Kirk çoxlu qan itirib və xəstəxanada əməliyyat zamanı vəfat edib. O anlar kameraların yaddaşına da düşüb.

İlkin olaraq hadisə yerində olan yaşlı bir Demokrat Partiya üzvü şübhəli qismində saxlanılsa da, sonradan onun günahsız olduğu məlum olub. Son araşdırmalara görə, Kirk qarşıdakı binanın damından snayper silahı ilə vurulub. Hücumun planlı şəkildə edildiyi, snayperin atışdan dərhal sonra hadisə yerindən qaçdığı təsdiqlənib.

Balistik ekspertlərin məlumatına görə, istifadə olunan silah uzun lüləli snayper tüfəngi olub və atış texniki baxımdan asan hesab edilir. Buna baxmayaraq, qatilin kimliyi hələ də müəyyən edilməyib. ABŞ Federal Təhqiqat Bürosu (FBI) və Utah polisi cinayətkarın axtarışlarını davam etdirir.

Reaksiyalar və siyasi böhran

Kirk-in ölümü ABŞ-da və dünyada böyük rezonans doğurub. Rusiya prezidenti Vladimir Putinin müşaviri Aleksandr Duqin, İsrail baş naziri Benyamin Netanyahu, Yaponiyanın mühafizəkar partiya lideri Hoshuto Hyakuta və Braziliyanın sabiq prezidenti Jair Bolsonaro başsağlığı verib.

ABŞ-da isə bu qətl siyasi qütbləşməni daha da dərinləşdirib.

Mühafizəkar dairələr hücumda solçu radikal qrupları günahlandırır.

Solçular isə Kirk-in “nifrət dolu və bölücü çıxışları” ilə hədəfə çevrildiyini iddia edir.

Rəsmi qurumlar isə hadisənin hər hansı təşkilatla bağlı olmadığını, “yalnız təkbaşına hərəkət edən” (“lone wolf”) bir şəxsin işi ola biləcəyini bildirirlər.

ABŞ-da gərginlik artır

Charlie Kirk, ABŞ-da xristian-mühafizəkar ideyaların əsas simalarından biri idi. Onun sərt immiqrasiya əleyhinə mövqeyi və İsrailə tam dəstəyi sağ dairələrdə böyük populyarlıq qazanmış, eyni zamanda solçu və Fələstin tərəfdarlarının qəzəbinə səbəb olmuşdu.

Ölümü ilə bağlı hələlik heç bir dəqiq cavab tapılmayıb: Kirk-i kim və nə üçün öldürdü? Bu sual ABŞ ictimaiyyətini ikiyə bölüb.

Hazırda həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə bu qətl müzakirə olunur və ABŞ-da siyasi qarşıdurmanın daha da güclənəcəyindən ehtiyat edilir.

Seçilən
8
news365.az

1Mənbələr