AZ

Fransada etirazlar zamanı 540 nəfər saxlanıldı

Fransada ötən gün prezident Emmanuel Makron əleyhinə keçirilən etiraz aksiyalarında 540 nəfər saxlanılıb.


Manset.az-ın əldə etdiyi məlumata görə, bu həftə sağ mərkəzçi Fransua Bayrou hökumətinin süqutundan sonra Sebastien Lecornu yeni baş nazir təyin olunub və dünən ölkədə Makronun siyasətinə qarşı etiraz aksiyalarının şahidi olub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə 850 yerdə keçirilən nümayişlərdə 200 minə yaxın insan iştirak edib.

“Hər şeyi dayandıraq” şüarı ilə təşkil edilən etiraz aksiyaları zamanı 211-i Parisdə olmaqla 540 nəfər saxlanılıb.

Etirazlar xüsusilə paytaxt Parisdə, həmçinin Lion və Renn şəhərlərində zorakılıqla yadda qalıb.

Polis isə müdaxilə etmək üçün gözyaşardıcı qaz və şırnaqlardan istifadə edib.

Seçilən
7
manset.az

1Mənbələr