AZ

Ölümə səbəb olan qaziyə 6 il iş kəsildi- Amma cəzasını 2038-dən sonra çəkəcək  

Göygöl şəhəri, Azay Kazımov küçəsində ölümlə nəticələnən qəza törədən şəxs məsuliyyətə cəlb edilib. Onun daha əvvəl də cinayət əməli törətdiyi, həmçinin sürücülük vəsiqəsi olmadığı məlum olub.

Musavat.com xəbər verir ki, 33 yaşlı Eşqin Bayramov idarə etdiyi "VAZ 21014" markalı avtomobillə Göygöl şəhəri, Azay Kazımov küçəsində hərəkətdə olarkən idarəetməni itirərək piyada Nemət Verdiyevi vurub. Sonuncu müxtəlif xəsarətlər alaraq hadisə yerindəcə ölüb.

Araşdırma zamanı məlum olub ki, Eşqin Bayramov hadisə yerindən qaçıb. Lakin təqsirləndirilən şəxs hadisə yerindən qaçmadığını, piyadanı özünün xəstəxanaya çatdırdığını bildirib.

İstintaq zamanı müəyyən edilib ki, Eşqinin sürücülük vəsiqəsinin müddəti 2020-ci ildə bitibmiş. İdarə etdiyi avtomobil özünə məxsus olub.

Məhkəmə araşdırması zamanı Eşqinin daha əvvəl qəsdən sağlamlığa ağır zərər vurma, xuliqanlıq maddələri ilə təqsirləndirilərək məhkum olunduğu məlum olub.

Eşqin boşandığı və himayəsində azyaşlı övladı olduğu üçün onun barəsindəki hökmün icrası təxirə salınıb. Belə ki, onun uşağı 14 yaşına çatandan sonra hökm icra ediləcək. Həmin cinayət əməlinə görə onun barəsində 3 il 6 ay cəza təyin edilib.

Törətdiyi qəzaya görə də məsuliyyətə cəlb edilən Eşqinə daha əvvəlki cəzası ilə indiki cəzası birləşdirilməklə cəmi 6 il azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun himayəsində azyaşlı övladı olduğu üçün hökmün icrası 2038-ci ilədək təxirə salınıb.

Qeyd edək ki, ikinci Qarabağ müharibəsi iştirakçısı olan Eşqin qəza zamanı dünyasını dəyişən piyadanın ailəsi ilə barışıq əldə edib.

İ.Muradov
Musavat.com

Seçilən
17
2
musavat.com

3Mənbələr