AZ

Xaricdə təhsilə sərmayə: dövlət proqramı və gənclərin gələcəyi

Bakı. Trend:

Azərbaycan gənclərinin dünyanın nüfuzlu ali məktəblərində dövləthesabına təhsil almasına imkan yaradan "Gənclərin xarici ölkələrinnüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair2022–2028-cı illər üçün Dövlət Proqramı" bu günə kimi minlərlətələbənin həyatını dəyişib. Bu proqram sayəsində bizim gəncləryalnız yüksək keyfiyyətli təhsil almaqla kifayətlənmir, həm dəAzərbaycanın beynəlxalq elmi-akademik nüfuzunu yüksəldirlər.Strateji əhəmiyyətli layihə kimi “2022–2028-ci illər üçün DövlətProqramına” görə Prezident İlham Əliyevə minnətdar olmalıyıq.Həmçinin bu proqramın ardıcıl icrası istiqamətində son illərNazirlər Kabineti və Elm və Təhsil Nazirliyi xeyli iş görüblər.

Xaricdə təhsil üzrə Dövlət Proqramı ölkənin insan kapitalınaedilən ən qiymətli sərmayələrdən biridir. Neft Fondunda toplananvəsaitlər sayəsində minlərlə gənclərimiz xaricdə təhsiləgöndərilir. Dövlət Proqramı sayəsində gənclər elm, texnologiya,fundamental və tətbiqi elmlər, mühəndislik, ictimai elmlər və digərsahələrdə dünya təcrübəsini öyrənərək artıq Azərbaycan cəmiyyətinəfayda gətirirlər. Təəcüblü deyil ki, ötən il ölkə rəhbərliyininqərarı ilə Dövlət Proqramının müddəti uzadıldı, həmçinin xaricəgödəriləcək bizim tələbələrin kvotası 500-dək artırıldı.

Lakin burada bir məqama xüsusi diqqət yetirmək lazımdır: DövlətProqramının maliyyə şərtləri və tələbələrin xaricdə təhsil xərcləriillər öncə təsdiq olunub. Son illər ərzində isə həm Azərbaycanda,həm də dünyada qiymətlər dəfələrlə artıb, amma DP üzrəmaliyyələşdirmə qaydaları dəyişməz qalıb.

Məsələn, azərbaycanlı tələbələr arasında çox populyar olan BöyükBritaniyada Dövlət Proqramı ilə ayrılan aylıq yaşam xərci 1300–1500funt sterlinq təşkil edir. Bunun təxminən 700–800 funtu yataqxanayaxud kirayə mənzilə sərf olunur. Qalan məbləğ isə qida, nəqliyyat,tədris materialları və digər gündəlik xərclərə çatmalıdır. Bu günBritaniya və digər Qərb ölkələrində inflayasiya çox sürətlə artırvə yaşam xərcləri mütəmadi qaydada yüksəlir. Nəticədə indi bizimoradakı tələbələr çox vaxt Bakıda yaşayan valideynlərinin əlavəmaddi dəstəyinə ehtiyac duyurlar.

Bu səbəbdən mütəxəssislər hesab edirlər ki, bu işə məsulqurumlar proqram üzrə xərclər normasına yenidən baxmalı vərəqəmləri müasir iqtisadi reallıqlara uyğunlaşdırmalıdırlar. DövlətProqramının aylıq xərclər norması əhatəli şəkildə yenidən gözdənkeçirilməli və müasir inflyasiya və yaşayış səviyyələrini nəzərəalaraq büdcə artımı təmin edilməsi yaxşı olardı.

Ümumilikdə isə Dövlət Proqramı Azərbaycanın gələcəyinə yönəlmişstrateji bir layihədir. Xaricdə təhsil alan gənclərimiz sabahınpeşəkar mütəxəssisləri, alimləri və liderləri olaraq ölkənininkişafına töhfə verirlər. 2022–2028-ci illər üçün Dövlət Proqramı— insan kapitalına yönələn strateji bir investisiyadır. Onunsayəsində gənclər dünya təhsil sisteminə inteqrasiya olunur, aliakademik mühitlərdən faydalanır və ölkənin sosial-iqtisadiinkişafına bilavasitə töhfə verir. Şübhəsiz ki, bu gün təhsiləqoyulan sərmayə ölkənin davamlı inkişafı üçün ən effektivyollardandır.

R. Əhmədova

Xaricdə
Xaricdə
Seçilən
66
az.trend.az

1Mənbələr