AZ

Məktəbli avtobusu layihəsi ödənişli olacaq Nazir

Metbuat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Məktəbli avtobusu layihəsi genişləndiriləcək. Hazırda pilot şəkildə tətbiq edilir. Bu, özəl-dövlət tərəfdaşlığıdır. Valideyn övladını bu avtobusla məktəbə göndərmək istəyir, yoxsa yox, özü qərar verir. Çünki bu xidmət ödənişlidir”.

Metbuat.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, bu təşəbbüslə dövlət müəyyən güzəştlər tətbiq edir və avtobus xətlərindən bu avtobusların istifadəsinə icazə verir. Tədricən həmin avtobusların sayı artırılacaq: “Qiyməti isə dövlət müəyyən etmir. Dövlət qiymətin aşağı olmasında maraqlıdır ki, şəhərdə maşınların sayı azalsın və uşaqlar daha rahat məktəbə gəlsin”.

Emin Əmrullayev qeyd edib ki, valideyn istədiyi şəkildə övladını məktəbə gətirə bilər.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
1
metbuat.az

2Mənbələr