AZ

Azərbaycan yığmasının yarımmüdafiəçisi ilk dəfə Premyer Liqada!

«Sumqayıt» heyətini bir qədər də gücləndirib.

Yayda Saşi İliçi sükan arxasına gətirmiş «kimyaçılar» Emil Mustafayevi Ukraynadan Azərbaycana gətirib.

«Gənclik şəhəri» təmsilçisi gənc yarımmüdafiəçini "Polessye”dən icarəyə götürüb. 2005-ci il təvəllüdlü orta sahə oyunçusu 2026-cı ilin yayınadək Premyer Liqada çıxıq edəcək.

O, klub karyerasının çətin dövrünü yaşayır. Mustafayev və daha 5 futbolçu bugünlərdə Jitomir klubunun əvəzedici heyətinə göndərilib.

Onların heç biri komandanın çalışdırıcısı Ruslan Rotanın planlarına daxil olmayıb.

“Polessye” hazırda 3 xalla Ukrayna çempionatında 10-cu pillədə qərarlaşıb.

«Sumqayıt» bu yay Pedro Pinto (“Petro Luanda”, Anqola), Aleksa Yankoviç ("Radniçki", Serbiya), Rauf Rüstəmli ("Sabah"dan icarəyə götürülüb), Aleksandr Ramalinqom ("Bney Saxnin", İsrail), Rayan Senhadji ("Fakel", Rusiya), Rüstəm Əhmədzadə ("Qarabağ"), Nikola Ninkoviç ("Tekstilaç", Serbiya), Abdul Raşid Mumini, Masaki Murata ("Veyle", Danimarka), İmani Barker ("Queqnon", Fransa) və Höccət Haqverdi ("Neftçi") ilə kontrakt bağlayıb.

SPORTİNFO.AZ

Seçilən
9
sportinfo.az

1Mənbələr