AZ

Qeyri yaşayış sahələri icarəyə veriləcək aylıq icarə qiyməti 8 manatla 212 manat arasında dəyişir

Marja.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi üzrə növbəti müsabiqəyə 4 obyekt çıxarılıb. Xidmətdən Marja-ya verilən məlumaya görə, qbyektlərin aylıq icarə qiyməti 8 manatla 212 manat arasında dəyişir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyri-yaşayış sahələrinin müsabiqə vasitəsilə icarəyə verilməsi davam etdirilir. Hazırkı müsabiqəyə çıxarılan 4 obyekt Gəncə, Şamaxı şəhərlərində, Oğuz və Qazax rayonlarında yerləşir. Müsabiqədə daşınmaz dövlət əmlakını icarəyə götürmək istəyən fiziki və hüquqi şəxslər iştirak edə bilərlər. Müsabiqə yekununda müəyyən edilmiş şərtlər daxilində ən yüksək məbləğ təklif etmiş sifarişçiyə üstünlük veriləcəkdir.

Sifarişçilər müsabiqədə iştirak etmək üçün 3 oktyabr 2025-ci il tarixinədək Əmlak Məsələləri Dövlət Xidmətinin aidiyyəti yerli ərazi şöbələrinə müraciət edə bilərlər.

İcarə üçün təklif olunan obyektlər kiçik sahibkarlar üçün olduqca əlverişlidir.

İcarəyə veriləcək əmlakların sahəsi, icarə qiyməti və digər məlumatlarla Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
6
marja.az

10Mənbələr