AZ

Masallıda rayon rəhbəri Kolatan-Xanalıyan avtomobil yoluna baxış keçirib » AzadMedia.az


Masallı rayonunda əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bir sıra küçə və kənddaxili yollarda təmir-bərpa işləri aparılmaqdadır.
Belə ki, Kolatan bələdiyyəsi tərəfindən Kolatan-Xanalıyan avtomobil yolu zəbtdən azad edilmiş və təmir-bərpa işləri aparılmışdır.

10 sentyabr 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçısının birinci müavini Tohid Hüseynov, aparatın Memarlıq və tikinti şöbəsinin müdir əvəzi Zamin Kazımov, 47 saylı Yol İstismarı MMC-nin rəisi Mahmud Bağırov, ərazi nümayəndəliyi və bələdiyyə ilə birlikdə Kolatan-Xanalıyan avtomobil yolunda aparılan işlərlə yerində tanış olmuşlar.

Qeyd edirik ki, Kolatan-Xanalıyan avtomobil yolu 1.5 km məsafədə qreyderlə hamarlanmış, çınqıl döşənmiş və kəndlərin adı olan yeni istiqamətləndirici lövhələr quraşdırılmışdır.

Kolatan bələdiyyəsinin sədri yolda aparılan işlərlə bağlı Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədova geniş məlumat vermişdir.
Seçilən
3
1
azadmedia.az

2Mənbələr