AZ

İlham Bayramov: "Naxçıvanda su qıtlığı böyük bir risk, təhdid yaradıb"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Naxçıvanda su qıtlığı böyük bir risk, təhdid yaradıb".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) sədrinin müavini İlham Bayramov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının - "Baku Water Week"in (Bakı Su Həftəsi) ikinci günündə çıxışı zamanı deyib.
Sədr müavini bildirib ki, bu, çox ciddi şəkildə hiss olunmaqdadır:
"Növbəti illərdə Naxçıvanda infrastrukturun yaxşılaşdırılması, müasirləşdirilməsi ilə bağlı layihələrimiz davam etdiriləcək.
Bununla yanaşı, Azərbaycanın digər şəhərlərində içməli su təchizatı, kanalizasiya sistemlərinin yaxşılaşdırılması, tullantı sularının idarə olunması infrastrukturunun yenidən qurulması və bərpası istiqamətində işlər aparılır".
Məhərrəm Əliyev
Seçilən
26
oxu.az

1Mənbələr