AZ

Şahin Mustafayev Ermənistana getdi – İrəvandan rəsmi AÇIQLAMA

Azərbaycan və Ermənistan nümayəndə heyətləri delimitasiya komissiyalarının işləri çərçivəsində Qərbi Zəngəzuru (Sünik) və Zəngilanı ziyarət ediblər.

Bizim.Media xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın ofisi açıqlayıb.

Əvvəlcə Ermənistan Xarici İşlər Nazirliyi xəbər vermişdi ki, 5 sentyabr 2025-ci il tarixində Ermənistan baş anzirinin müavini Mqer Qriqoryan və Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyətləri qarşılıqlı səfərlər həyata keçiriblər.

“İki ölkənin nümayəndə heyətləri sərhəd bölgələrini – Qərbi Zəngəzur (Sünik) vilayətinin cənub hissələrini və Zəngilan rayonunu ziyarət ediblər”, – məlumatda deyilir.

Qeyd edək ki, Xarici İşlər Nazirliyinin məlumatında bildirilirdi ki, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda əldə olunmuş razılaşmalara uyğun olaraq, tərəflər sərhəd xəttinin müvafiq sahələrinin delimitasiyası və mina təmizlənməsi, həmçinin zəruri infrastrukturların bərpası və tikintisi məsələlərini və onların həyata keçirilmə müddətlərini müzakirə ediblər, məqsəd isə kommunikasiya sistemlərinin yaradılması sahəsində fəaliyyətlərin sinxronlaşdırılmasıdır.

Bizim.Media

Seçilən
9
1
bizim.media

2Mənbələr