AZ

Azərbaycanda milli elektron su atlasının hazırlanmasına başlanılıb

Bakı. Trend:

Azərbaycanda elektron su təsərrüfatı informasiya sisteminin vəcoğrafi informasiya texnologiyalarına əsaslanan milli su atlasınınyaradılması üzərə işlərə başlanılıb.

Trend xəbərverir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA)sədrinin müavini İlham Bayramov Bakıda keçirilən 2-ci Beynəlxalq SuTəsərrüfatı Sərgi və Konfransının - “Baku Water Week”in (Bakı SuHəftəsi) ikinci günündə çıxışı zamanı deyib.

O bildirib ki, sözügedən layihəyə Kənd Təsərrüfatı Nazirliyi,Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyi, Azərbaycanın Kosmik Agentliyi ("Azərkosmos")və digər qurumlar cəlb olunub: "Eektron su təsərrüfatı informasiyasistemi yaradıldıqdan sonra biz çaylardan, yeraltı və yerüstü sumənbələrindən başlayaraq son istehlakçıya qədər suyun balans vəuçotunu əldə edəcəyik. Eyni zamanda suyun tənzimlənməsi,çatdırılması və istifadəsi ilə bağlı onlayn izlənilməsi və idarəedilməsi mümkün olacaq".

Sədr müavini vurğulayıb ki elektron su atlası Azərbaycanda ilkdəfə hazırlanır: "Atlasın əsas məqsədi ondan ibarətdir ki,ölkəmizin bütün su ehtiyatlarının, su ilə bağlı resursların,infrastrukturun, bütün yeraltı və yerüstü su mənbələrinin sonnöqtələrə çatdırılması ilə bağlı vahid coğrafi məlumat bazasındatoplansın. Bu sistem digər dövlət qurumlarının məlumat bazaları iləinteqrasiya olunacaq və geniş imkanlara malik elektron, onlayninterfeysə sahib olacaq".

"Bu işlər tamamlandıqdan sonra aidiyyəti qurumlar, şirkətlər vəsu istifadəçiləri sistemdən rahatlıqla yararlana biləcəklər. Bütünbunların məqsədi ölkəmizdə dayanıqlı, keyfiyyətli su təminatınınhəyata keçirilməsidir", - deyə sədr müavini əlavə edib.

Seçilən
22
2
az.trend.az

6Mənbələr