AZ

Spiker: Gürcüstan-Almaniya münasibətləri ən aşağı səviyyəyə çatdırılıb

TBİLİSİ, 11 sentyabr. TELEQRAF

“Almaniya səfiri 30 il ərzində Gürcüstan və Almaniya arasında qurulmuş ən yaxşı tərəfdaşlığı üç il ərzində demək olar məhv edə bilib”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, diplomat Gürcüstan-Almaniya münasibətlərini ən aşağı səviyəyə çatdırmağa nail olub.

Spiker qeyd edib ki, hazırkı vəziyyətdə Gürcüstan-Almaniya münasibətlərinin yaxşılaşdırılmasından danışmaq çətindir.

Qeyd edək ki, Gürcüstan hakimiyyəti Almaniya səfiri Peter Fişeri ölkədə qarşıdurma yaratmaqda və ektremizmi alovlandırılmaqda ittiham edir. Ötən gün Almaniyanın Xarici İşlər Nazirliyi bəyanat yayaraq diplomata qarşı davam edən aqressiv ritorikanı qətiyyətlə pisləyib.

Seçilən
39
teleqraf.com

1Mənbələr