AZ

Yüksək məhsuldarlıq göstəriciləri ilə seçilən yeni pambıq sortlarının yığımına start verilib

Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun təcrübə sahəsində pambıq yığımına start verilib.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, institutun 18 hektar ərazini əhatə edən sınaq və seleksiya sahələrində yerli iqlim şəraitinə uyğunlaşdırılan, yüksək məhsuldarlıq və keyfiyyət göstəriciləri ilə seçilən tezyetişən “Gəncə 160” və “Gəncə 183” pambıq sortlarının yığımına başlanılıb.

Pambıq yığımı prosesi müasir elmi metod və yanaşmalar əsasında həyata keçirilir. Bu mərhələdə tədqiqat məqsədilə yığım yalnız əl ilə aparılır. Bu yanaşma sortların məhsuldarlıq göstəricilərinin daha dəqiq qiymətləndirilməsinə, eləcə də hər bir nümunənin ayrı-ayrılıqda təhlilinə imkan yaradır.

Qeyd olunan yerli pambıq sortları institutun alimləri və seleksiyaçıları tərəfindən uzunmüddətli elmi-tədqiqat işlərinin nəticəsi olaraq yaradılıb və ölkənin agroekoloji şəraitinə tam uyğunlaşdırılıb. Bu sortların əsas üstünlükləri – yüksək məhsuldarlıq, xəstəlik və zərərvericilərə qarşı davamlılıq, həmçinin yüksək keyfiyyətli lif istehsalı qabiliyyətidir.

İnstitutun mütəxəssisləri yaxın gələcəkdə bu sortların geniş miqyasda tətbiqini və fermer təsərrüfatlarında istifadəsini təşviq etməyi planlaşdırırlar.

Seçilən
7
4
vergiler.az

6Mənbələr