AZ

“Qarabağ”ın “Benfika” ilə oyununa hakim təyinatı

“Qarabağ”ın U-19 komandasının UEFA Gənclər Liqasının əsas mərhələsində “Benfika” ilə oyununa hakim təyinatları açıqlanıb.

İdmanxeber.az xəbər verir ki, matç Şimali İrlandiyadan olan hakimlərə tapşırılıb.

Ceymi Robinsona yan xətt hakimləri qismində Adam Ceffri və Brayan Uilson kömək edəcəklər. Dördüncü hakim funksiyasını Dioqu Roza (Portuqaliya) yerinə yetirəcək. 

Qeyd edək ki, sentyabrın 16-da keçiriləcək “Benfika” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

 

Seçilən
9
3
idmanxeber.az

4Mənbələr