AZ

Türkiyə yeni qaz razılaşmaları imzladı – Azərbaycan qazının ixracı genişlənir - Bayraktar

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyə hazırda Azərbaycan qazının da daxil olduğu mənbələrdən təbii qazı idxal edir və bu qaz artıq Suriya və Avropaya ixrac olunur.

TurkicWorld xəbər verir ki, İtaliyanın Milan şəhərində keçirilən forumda iştirak edən Bayraktar, Anadolu Agentliyinə (AA) verdiyi açıqlamada həm ikitərəfli görüşlərdən, həm də enerji sahəsindəki yeni addımlardan danışıb.

“Qısa müddət ərzində Suriya ilə Türkiyənin qaz sistemlərini birləşdirdik və Azərbaycan qazının Suriya bazarına çıxışı təmin olundu. Həmçinin, İraqla sərhəddə yerləşən boru xətti vasitəsilə yaxın zamanda bu ölkəyə də qaz ixracına başlaya bilərik.” - deyə Bayraktar qeyd edib.

Bundan əlavə, Azərbaycan qazı artıq Türkiyə-Bolqarıstan interkonnektorları vasitəsilə Avropaya da ötürülməyə başlanıb. Bu isə Azərbaycanın enerji resurslarının Avropanın enerji təhlükəsizliyində daha strateji mövqe qazanmasına şərait yaradır.

Bayraktar əlavə edib ki, qazlaşdırma gücündə son illərdə baş verən artım – yəni LNG qəbul və emal imkanlarının beş qat böyüməsi – Türkiyəni regional qaz habına çevirməkdədir. Bu struktur dəyişiklikləri Azərbaycanın da daxil olduğu enerji tərəfdaşlığına güclü dəstək verir.

“Biz Türkiyədə qazı çoxaldaraq daxili bazarda qiymətləri aşağı salacağıq və artıq olan qazı Avropaya ixrac etməklə ölkəmiz üçün əlavə iqtisadi qazanc əldə edəcəyik,” – deyə Bayraktar bildirib.

Seçilən
30
turkic.world

1Mənbələr