AZ

İki nazirlik əməliyyat keçirdi, həbs olunmuş şəxsin basdırdığı qumbaralar aşkarlandı

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları ilə birgə əməliyyat keçirib. 

Demokrat.az xəbər verir ki, bu barədə hər iki nazirliyin yaydığı birgə məlumatda bildirilib. 

Məlumata görə, keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həbs olunmuş şəxs tərəfindən Lənkəran rayonu, Yuxarı Nüvədi qəsəbəsi ərazisində istifadəsiz binanın içərisində basdırılaraq gizlədilmiş 8 ədəd "F-1" əl qumbarası və 8 ədəd partladıcı aşkar edilərək götürülüb.

Seçilən
48
8
demokrat.az

10Mənbələr