AZ

Erməni spiker: Mağazalarımızda Azərbaycan malları satılacaq

“Bir zamanla ortaq Erməni–Azərbaycan bazarına sahib olacağıq”.

KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.

O, iki xalqın əvvəllər də olduğu kimi qarşılıqlı şəkildə alış-veriş edəcəyini söyləyib:

“Ermənilər gedib daha ucuz benzin ala biləcəklər, Bu, bizim üçün çox sərfəlidir”.

Simonyan jurnalistin Ermənistan ərazisindən Azərbaycana maneəsiz keçidin verilməsindən sonra, eyni şəraitin ermənilər üçün də Azərbaycan ərazisindən yaradılıb-yaradılmayacağına dair sualına maraqlı cavab verib:

“Azərbaycanlıları anlamaq lazımdır. Onlar ərazilərinin 20 faizinin 30 il ərzində Ermənistan işğalında qaldığını düşünürlər. Çox böyük və ağır yaraları var. Azərbaycan ərazisindən ermənilərə keçid veriləcəyi halda bütün ehtimal təhdidlərin qarşısı alınmalı, yaxın 50-100 il üçün təhlükəsizlik tədbirləri görülməlidir. Çünki anidən nələrin baş verəcəyini bilmirik”.

Seçilən
85
1
konkret.az

2Mənbələr