Hurriyyet.az xəbər verir ki, Ukrayna hərbçiləri Qara dənizin Novorossiysk yaxınlığındakı hövzəsində Rusiyanın Qara dəniz donanmasının MPSV07 gəmisini sıradan çıxarıblar. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat verib.
Hücum sebtyabrın 10-da baş verib. Hücum zamanı Rusiya gəmisi Qara dəniz donanmasının gəmilərinin yerləşdiyi Novorossiysk körfəzi yaxınlığında patrulluq edir və elektron kəşfiyyat aparırmış.
Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Ukraynaya məxsus döyüş pilotsuz uçan aparatı naviqasiya və rabitə vasitələrinin yerləşdiyi idarəetmə körpüsünü vurub. Hücum nəticəsində elektron kəşfiyyat avadanlığı məhv edilib, gəmi isə sıradan çıxıb və bahalı təmir tələb olunur.
Gəminin qiyməti təxminən 60 milyon dollardır və Rusiya Hərbi Dəniz Qüvvələrində cəmi dörd belə gəmi var.
Hürr Tərcüman