AZ

Məktəbli avtobuslarının sayı hər ay artırılacaq - Nazir

"Məktəbli avtobuslarının əhatə dairəsi genişlənəcək. Bu tədris ilində hər ay artırılmaqla pilot qaydada tətbiq ediləcək".
Ölkə.Az xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair brifinqdə sualları cavablandırarkən deyib.

"Nazirliyin avtobusları yoxdur.Bu, özəl-dövlət partnyorluğudur. Valideyn qərar verir ki, öz övladını məktəbə avtobusla göndərmək istəyir ya yox. Bu,ödənişli xidmətdir. Avtobusla aparılması daha sərfəlidir. Dövlət deyir ki, belə təşəbbüs var və güzəştlər tətbiq ediləcək və avtobus xətlərindən istifadə ediləcək. Hazırda bunun qanunvericilik tərəfləri işlənilir. Vaxt keçdikcə bunun sayı və istiqamətləri artırılacaq".
Məktəbli avtobusları üçün qiymətlərin aylıq  75-100 manat olmasına gəldikdə isə nazir bildirib ki, qiymətləri dövlət müəyyən etmir: 
"Valideyn yenə öz uşağını dərsə apara bilər. Biz istəyirik ki, qiymət aşağı olsun ki, daha çox valideyn istifadə etsin, şəhərdə maşınların sayı azalsın, uşaqlar daha rahat gedib gəlsin. Bu validyenin vəziyyətini əvvəlkinə nisbətən daha pis etmir".
Billurə

Seçilən
29
olke.az

1Mənbələr