"Zirə" yeni futbolçu ilə anlaşıb.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
"Qartallar" Enrike Kustodionu heyətinə qatıb. Braziliyalı futbolçu ilə "1+1" illik müqavilə bağlanılıb.
Qeyd edək ki, 30 yaşlı cinah müdafiəçisi daha əvvəl ölkəsinin "Kuritiba", "Nautiko", "Parana", Portuqaliyanın "Portimonense", "Farense", B-SAD, "Leyşonyş" klublarında çıxış edib.