AZ

3 Avropa klubu "Qarabağ"ın oyunçusuna "elçi düşdü"

Azərbaycan millisinin və "Qarabağ"ın gənc hücumçusu Nəriman Axundzadəyə yeni təkliflər daxil olub. Çempionlar Liqasının üç təsnifat mərhələsində sərgilədiyi oyun forvardın Avropada maraq dairəsini genişləndirib.

Milli.Az xəbər verir ki, son günlərdə İsveç, Danimarka və Polşadan olan klubların nümayəndələri 21 yaşlı futbolçu ilə maraqlanıb. Onların menecerləri artıq "Qarabağ" rəhbərliyi ilə əlaqə saxlayaraq Axundzadənin müqavilə şərtləri və təzminat məsələləri barədə sorğu göndəriblər.

Xatırladaq ki, ötən ilin yayında hücumçuya Səudiyyə Ərəbistanından da dəvət olmuşdu. Həmin vaxt ərəb klubları "Qarabağ"da aylıq 12 min manat maaş alan futbolçuya üçqat artıq ödəniş etməyə hazır idi. Lakin danışıqlar "köhlən atlar" tərəfindən rəsmiləşdirilmədiyi üçün transfer baş tutmamışdı.

Hüseyn
Milli.Az

Seçilən
11
1
milli.az

2Mənbələr