“Kəpəz”in yeni transferi sıradan çıxıb.
İdmanxeber.az-a verilən məlumata görə, Adama Fofana uzun müddət yaşıl meydanlardan kənar qalacaq.
Onun zədəsi ciddidir və müdafiəçinin əməliyyat olunacağı bildirilir.
Yayda komandaya qoşulan Fofana “Kəpəz”in heyətində cəmi bir oyun keçirib.