AZ

Emin Əmrullayev: Bizdə qeyri-qanuni diplom almaq fərasət sayılır

"Bizdə bir çox adamlar hansısa xarici universitetə gedəndə, əslində, səhv yerə getdiyini bilir, amma yolundan dönmür".

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Bəzən hansısa xaricdə "təhsil alan" tələbə həmin ölkənin dilini belə bilmir, amma diplomunun tanınmasını istəyir. Biz isə diplomu tanımayanda narazı qalır. Bizim işimiz odur ki, qeyri-qanuni heç kimin diplomunu tanımayaq. Qeyri-qanuni diplom alanlara ictimai qınaq lazımdır. Təssüf ki, Azərbaycanda qeyri-qanuni diplom alanlara ictimai qınaq yoxdur. Bizdə qeyri-qanuni diplom almaq fərasət sayılır. Bu, belə olmamalıdır", - nazir əlavə edib.

Seçilən
26
5
apa.az

7Mənbələr