AZ

Beynəlxalq olimpiadalarda suallar ölkələrin ana dilinə tərcümə olunur - Nazir

Elm və təhsil naziri Emin Əmrullayev beynəlxalq olimpiadalarda iştirakla bağlı yaranan bəzi iddialara münasibət bildirib.

Anews.az-ın sualını cavablandıran nazir qeyd edib ki, şagirdlərin ingilis dili bilmədiklərinə görə beynəlxalq olimpiadalarda iştirak edə bilmədikləri barədə deyilənlər tamamilə yanlışdır.

“Bəzi təhsil ekspertlərinin bu fikri tamamilə səhvdir. Beynəlxalq olimpiadalarda hər ölkənin dilinə uyğun olaraq suallar tərcümə edilir. Bu da şagirdlərin öz ana dillərində rahat şəkildə iştirakını təmin edir. Belə bir iddia səsləndirən ekspertin özünün təhsildən anlayışı yoxdur,” –  Emin Əmrullayev bildirib.

Nazir onu da əlavə edib ki, olimpiadalarda iştirak edən şagirdlər üçün dil baryeri yaradılmır və bu yarışmaların qaydaları bütün iştirakçı ölkələrin şagirdlərinə bərabər imkanlar təqdim edir.

Bəzi yerli media orqanlarında təhsil ekspertlərinə istinadla yayılan məlumatlarda, şagirdlərin ingilis dilini bilmədiyi üçün beynəlxalq olimpiadalara qatıla bilmədiyi iddia olunmuşdu.

Gülnar Nazimqızı

Seçilən
42
anews.az

1Mənbələr