Qətərin paytaxtı Dohada fövqəladə Ərəb-İslam sammiti keçiriləcək.
APA “Al Arabiyya” yə istinadən xəbər verir ki, iclas 14-15 sentyabr tarixlərində keçiriləcək.
Tədbirin təşkilində məqsəd İsrailin Qətərə hücumunun müzakirə edilməsidir.
Qeyd edək ki, İsrail 9 sentyabrda Qətərin paytaxtı Doha şəhərində HAMAS üzvlərinin olduğu obyektə hava hücumu həyata keçirib.