AZ

ATU beynəlxalq reytinqində yüksək nəticə əldə edib

Gəncə, 11 sentyabr, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Texnologiya Universiteti (ATU) “AD Scientific Index 2026” beynəlxalq reytinqində ən yaxşı nəticələrdən birini əldə edib. Universitet bu reytinqdə ölkəmizin universitetləri arasında H-indeks üzrə 4-cü yeri, son 5 ilin H-indeksi üzrə 3-cü yeri və son 5 ilin istinad sayı meyarı üzrə isə 3-cü yeri tutmaqla ölkə üzrə mühüm uğur qazanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, universitetin mövqeyinin yüksəlməsində əsasən “Scopus” və “Web of Science” bazalarında dərc olunan məqalələrin, eləcə də, istinad göstəricilərinin artımı, tədqiqatçıların “Google Scholar” profillərinin aktivləşdirilməsi və idarə olunması, beynəlxalq əməkdaşlıq və birgə layihələr rol oynayıb.

Qarşıdakı illərdə də ATU-nun əsas hədəfi qlobal elmi reytinqlərdə mövqeyini möhkəmləndirmək, gənc tədqiqatçıların fəaliyyətini stimullaşdırmaq və beynəlxalq elmi əməkdaşlığı daha da genişləndirmək olacaq.

Qeyd edək ki, “AD Scientific Index” dünya ölkələri universitetlərinin və alimlərinin elmi fəaliyyətini qiymətləndirən beynəlxalq reytinq sistemidir. Reytinq “Google Scholar” məlumat bazası əsasında formalaşdırılır və tədqiqatçıların ümumi, eləcə də son 5 il üzrə məhsuldarlığını əhatə edir.

 

Seçilən
94
azertag.az

1Mənbələr