Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” II Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının rəsmi bank tərəfdaşı qismində çıxış edir.
10-12 sentyabr 2025-ci il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən tədbirdə bir çox dövlət qurumları, beynəlxalq şirkətlər və ekspertlərlə yanaşı, yerli biznes nümayəndələri iştirak edir. Tədbir qlobal su çağırışlarının müzakirəsi, innovativ texnologiyaların təqdimatı, yeni layihələrin və əməkdaşlıqların qurulması üçün mühüm platformadır.
“PAŞA Bank” ölkəmizin dayanıqlı iqtisadi inkişafına töhfə verərərk, enerji səmərəliliyi, “yaşıl” nəqliyyat, kənd təsərrüfatında müasir suvarma texnologiyaları və ətraf mühitin qorunmasına yönəlmiş çoxsaylı təşəbbüslər həyata keçirir. Bu fəaliyyətlər Azərbaycanın qlobal iqlim çağırışlarının təsirinin aradan qaldırılması istiqamətində mövqeyini gücləndirməklə yanaşı, gələcək nəsillər üçün daha təmiz və dayanıqlı bir mühitin formalaşmasına xidmət edir.