AZ

Şirvan suvarma kanalında yenidənqurma işləri iki ilə yekunlaşdırılacaq - Rafiq Aslanov

Bakı. Trend:

Şirvan suvarma kanalında yenidənqurma işləri 2027-ci ilinsonunadək başa çatdırılacaq.

Bunu Trend-əaçıqlamasında Dövlət Su Ehtiyatları Agentliyi yanında Sularınİstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi RafiqAslanov deyib.

O bildirib ki, Azərbaycanda bir sıra iri su anbarları yenidənqurulur, yeni su obyektləri tikilir: "Hazırda Şirvan suvarma kanalıyenidən qurulur. Bununla bağlı işlərə başlanılıb. Layihəçərçivəsində işlər uğurla davam etdirilir. Çox güman ki, 2027-ciilin sonunadək layihə üzrə işlər başa çatdırılacaq.

Həmçinin Qarabağ suvarma kanalının yenidən qurulması üzrə layihəsənədləri hazırlanır. Bu kanal üzrə gələn il yenidənqurma işlərinəstart veriləcək".

"Hədəf ondan ibarətdir ki, suların istifadəsinin mühafizəsisahəsində əhalinin, sahibkarlıq subyektlərinin maarifləndirilməsigenişləndirilsin", - deyə R. Aslanov qeyd edib.

Seçilən
52
az.trend.az

1Mənbələr